...

Azərbaycan və Aİ dəniz külək enerjisi sahəsində əməkdaşlıq edəcək - Pərviz Şahbazov

Energetika Materials 1 Mart 2024 18:54 (UTC +04:00)
Azərbaycan və Aİ dəniz külək enerjisi sahəsində əməkdaşlıq edəcək - Pərviz Şahbazov
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Aİ dəniz külək enerjisi sahəsində əməkdaşlıq edəcəklər.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 10-cu iclası və Yaşıl enerji üzrə nazirlərin 2-ci görüşü zamanı bu iki enerji komponentinin inkişaf perspektivlərini təsdiqləyən müsbət müzakirələr aparılıb.

Şahbazovun sözlərinə görə, CQD üzrə iclasda 23 ölkədən nümayəndə heyətinin iştirakı Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində mühüm rolu barədə mesajları təsdiqləyib.

"Bu, bu tədbirin bütün tarixində ən böyük görüş idi. Bugünkü iclasda biz, həmçinin, ən çox enerji şirkətlərinin və beynəlxalq maliyyə institutlarının iştirak etdiyini gördük. Bu gün nazirlərin Azərbaycan-Avropa İttifaqı yaşıl dəhlizinin yaradılmasına həsr olunmuş altıncı görüşü keçirildi v\ mühüm qərarlar qəbul edildi”, - deyə o bildirib.

Nazir qeyd edib ki, bundan əlavə, Azərbaycanın dəniz külək enerjisinin inkişafı ilə bağlı planları ətrafında geniş müzakirələr aparılıb və bu istiqamətdə əməkdaşlıq barədə qərar qəbul edilib.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində isə nazirlərin 2-ci iclası keçirilib. İclasda 23 ölkənin, 6 beynəlxalq təşkilatın və 44 şirkətin nümayəndələri ilə yanaşı, Azərbaycan və Avropa İttifaqı ölkələrindən nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti