...

MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ ÜZRƏ BEYNƏLXALQ KONSALTİNQ QRUPUNUN İCLASLARINDAN BİRİ BAKIDA KEÇİRİLƏCƏK

Energetika Materials 3 Sentyabr 2005 12:41 (UTC +04:00)

Londonda mədən sənayesində şəffaflıq təşşəbbüsü (EITI) üzrə beynəlxalq konsaltinq qrupunun ilk iclası keçirilib. Dövlət Neft Fondundan Trend ə bildirildiyi kimi, tədbirdə AR DNF-in icraçı direktoru Samir Şərifov iştirak edib.

Transparency International şirkətinin rəhbəri Piter Ayqenin sədrliyi ilə keçirilmiş iclasda "şəffaflıq təşəbbüsünün gələcəyinə nəzər" layihəsinin təqdimatı keçirilib, həmçinin onun gələcəkdə həyata keçirilməsi və təsdiqlənməsi məsələsi müzakirə olunub.

Tədbirdə, həmçinin Niderlandın mineralların inkişafı naziri Obi Ezekvesili, Norveçin beynəlxalq inkişaf üzrə dövlət katibi Leiv Lunde, ABŞ-ın dövlət katibinin ikinci müavini Lari Qrinvud və digər xarici ölkə nümayəndələri iştirak ediblər. S.Şərifov artıq Azərbaycanda təşəbbüs üzrə 2 hesabatın açıqlandığı və üçüncüsünün hazırlanması barədə iştirakçılara məlumat verərək, bu tədbirlərin davam etdirilməsini təklif edib.

BP-nin vitse-prezidenti Qraham Bakster Azərbaycan hökumətinin bu addımını yüksək qiymətləndirib.

EITI üzrə beynəlxalq konsaltinq qrupunun növbəti iclası oktyabrın 21-də Vaşinqtonda keçiriləcək. Daha bir iclasın isə aprelin 5-6-da Bakıda keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti