Fevralda Naxçıvan Muxtar Respublikasının enerji sisteminə saatda 118,08 mln kVt-dan çox elektrik enerjisi daxil olub. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında bildirilir. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 7 mln kVt azdır.
2006-cı ilin fevralında NMR-ə İrandan 64,486 mln kVt (sutkada orta hesabla saatda 2 mln kVt), Türkiyədən 42,5 mln kVt (sutkada orta hesabla 1,45 mln kVt) elektrik enerjisi tədarük olunub. NMR-in "Araz" SES-də 12,76 mln kVt (sutkada orta hesabla 390-400 min kVt) enerji istehsal edilib.