...

"Balaxanı" yatağında iki quyu istismara veriləcək

Energetika Materials 13 May 2006 10:48 (UTC +04:00)

2006-cı ilin əvvəllərindən Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin "Balaxanıneft" neft-qaz hasilat idarəsi tərəfindən fəaliyyətsiz fonddan 13 quyu istismara verilib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in məlumatında deyilir. İlin sonunadək bu quyuların ümumi sayının 20 ədəd təşkil edəcəyi planlaşdırılır.

Bu il "Balaxanı" yatağında 2 quyu istismara verilib. Daha iki quyu isə mənimsənilir. 4 ay ərzində yataqdan 70 min ton neft hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% çoxdur.

Xəbər lenti

Xəbər lenti