...

BTC Co şirkətinin yeni icraçı direktoru öz vəzifələrinin icrasına başlayıb

Energetika Materials 5 İyul 2006 18:35 (UTC +04:00)

İyulun 1-dən Bakı-Tbilisi-Ceyhan boru ixrac kəməri layihələrinin idarə edilməsi üçün yaradılmış BTC Co boru kəməri şirkətinin yeni baş icraçı direktoru Rəşid Cavanşir öz vəzifələrinin icrasına başalyıb. Bu barədə Trend ə BP Azərbaycan-dan xəbər veriblər.

Rəşid Cavanşir işini BP-də davam etdirəcək Maykl Taunzendin yerini tutub.

M.Taunzend 5 il boru kəmərinin tikinti layihəsinə rəhbərlik edib. BTC boru kəməri istismara verilib.

R.Cavanşir boru kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindəki hissəsində neft və qazın qəbulu, texnoloji emal və ixrac əməliyyatlarına rəhbərlik edəcək.

R.Cavanşir Azərbaycanın Milli Elmlər Akademiyasının üzvüdür. 2003-cü ildən o, BP-nin Aberdində Şimal dənizinin cənub hissəsindəki biznesinin vitse-prezidenti vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti