...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 11 İyul 2006 11:50 (UTC +04:00)

İyulun 10-da bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $71,39 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,77 aşağı düşüb). Neft Ceyhan limanına BTC boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 10-da bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $72,63 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,71 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 10-da bir barel URAL (EX-NOIO) neftinin qiyməti $66,91 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,58 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

İyulun 10-da bir barel DTD neftinin qiyməti $72,39 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,83 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti