...

Azərbaycan neftinin qiymətləri: həftənin yekunu

Energetika Materials 17 İyul 2006 13:40 (UTC +04:00)

Ötən həftə iyulun 10-14-də Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanları vasitəsilə satdığ0ı AZERİ LT (CİF) neftinin orta qiyməti $74,33/barel təşkil edib, bu isə ondan əvvəlki həftəyə nisbətən $0,93/barel çoxdur. Trend in verdiyi xəbərə görə, iyulun 10-14-də AZERİ LT neftinin maksimal qiyməti - $76,48/barel, minimal qiyməti isə - $72,63/barel təşkil edib.

İyulun 10-14-də Azərbaycanın Novorossiysk limanında satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $68,95/barel təşkil edib, bu isə ondan əvvəlki həftəyə nisbətən $1,70/barel çoxdur. İyulun 10-14-də URAL neftinin maksimal qiyməti - $71,10/barel, minimal qiyməti isə - $66,91/barel təşkil edib.

Brent (DTD) etalon növünün iyulun 10-14-də orta qiyməti $74,02/barel təşkil edib, bu isə ondan əvvəlki həftəyə nisbətən $0,69/barel çoxdur. Ötən həftə Brent neftinin bir barelinin maksimal qiyməti - $75,99/barel, minimal qiyməti isə - $72,39/barel təşkil edib.

Azeri Light neftinin sıxlığı APİ üzrə 34,6 dərəcə, neftin tərkibində kükürdün miqdarı isə 0,14% təşkil edir. URAL-ın APİ üzrə sıxlığı 32 dərəcə, neftin tərkibində kükürdün miqdarı isə 1,3% təşkil edir, lakin satış zamanı neftin bu növünün xüsusiyyətləri tərkibindəki daha ( və ya daha az) keyfiyyətli neftlərin üstünlük təşkil etməsindən asılı olaraq dəyişir. DTD-nin sıxlığı APİ üzrə 38,3 dərəcə, neftin tərkibində kükürdün miqdarı isə 0,36% təşkil edib.

Xəbər lenti

Xəbər lenti