...

Azərbaycan neftinin qiyməti: həftənin yekunu

Energetika Materials 31 İyul 2006 12:40 (UTC +04:00)

24-28 iyul həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanları vasitəsilə satdığı AZERİ LT (CİF) neftinin bir barelinin orta qiyməti 74,07 ABŞ dolları təşkil edib və bu, neftin ötən həftədəki orta qiymətindən 0,27 ABŞ dolları azdır. Trend in xəbər verdiyi kimi, 24-28 iyul həftəsində AZERİ LT neftinin maksimal qiyməti $75,39/barel, minimal qiyməti isə - $73,01/barel təşkil edib.

24-28 iyul həftəsində Azərbaycanın Novorossiysk limanında satdığı URAL (EX-NOVO) neftinin bir barelinin orta qiyməti 67,44 ABŞ dolları təşkil edib və bu, neftin ötən həftədəki orta qiymətindən 0,32 ABŞ dolları azdır. 24-28 iyul həftəsində URAL neftinin maksimal qiyməti $68,41/barel, minimal qiyməti isə - $66,73/barel təşkil edib.

Brent (DTD) etalon sortunun 24-28 iyul həftəsində bir barelinin orta qiyməti 73,70 ABŞ dolları təşkil edib və bu, neftin ötən həftədəki orta qiymətindən 0,34 ABŞ dolları çoxdur. Ötən həftə Brent-in maksimal qiyməti $75,44/barel, minimal qiyməti isə - $72,10/barel təşkil edib.

Avqust ayında Türkiyənin Ceyhan limanından BTC Co boru kəməri şirkəti təxminən 1,18 mln. ton yüngül neft göndərəcək. Bunun 135 min tonu Azərbaycan Dövlət Neft Şirkətinin payına düşəcək. Avqust ayında Ceyhandan ümumi 12 tanker partiyası Azeri Light nefti göndəriləcək: hər biri 600 min barel olan 8 partiya və hər biri 1 mln. barel olan 4 partiya. İyul ayında Ceyhandan 6,6 mln. barel Azeri Light nefti ixrac olunacaq. Göndərmə doqquz mövqe üzrə həyata keçiriləcək.

Azeri Light neftinin sıxlığı APİ üzrə 34,6 dərəcə, tərkibindəki kükürdün miqdarı isə 0,14%-dir. URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə, tərkibindəki kükürdün miqdarı 1,3%-dir, lakin satış zamanı neftin bu növünün təsnifatı onun tərkibində bu və ya digər keyfiyyətli neftlərin üstünlük təşkil etməsindn asılı olaraq dəyişir. DTD -nin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı isə 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti