...

BTC boru kəməri ilə 3 mln ton neft nəql olunub

Energetika Materials 30 Sentyabr 2006 14:03 (UTC +04:00)

2006-cı il ərzində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri ilə 3 mln tondan çox neft göndərilib (boru kəmərinin doldurulması üçün lazım olan 1,3 mln ton neft də daxil olmaqla). Trend in "Gömrük xəbərləri" qəzetinə istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin energetika gömrük idarəsinin başçısı Fizuli Əsədov bildirib.

Onun sözlərinə görə, 2006-cı il ərzində idarə Bakı-Supsa boru kəməri ilə 4,7 mln ton, Bakı-Novorossiysk boru kəməri ilə 3,2 mln ton, Səngəçal-Batumi dəmiryol marşrutu ilə 4,5 mln ton həcmində nəql olunmuş neftin gömrük rəsmiləşdirilməsini təmin edib.

Həmçinin, bu il ərzində Rusiyadan 3 mlrd kub metr həcmində idxal olunmuş qazın və İran qazının Azərbaycan ərazisi ilə Gürcüstana tranzitinin gömrük rəsmiləşdirilməsi təmin olunub.

Xəbər lenti

Xəbər lenti