...

Azərbaycan Rusiya birjasında iştirak etmək üçün dəvət alıb

Energetika Materials 6 Oktyabr 2006 20:17 (UTC +04:00)

Trend xəbər verir ki, Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qref bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Azərbaycanın RF-də yaradılmış neft birjasında iştirak etməsi təklifi ilə çıxış edib.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin qeyd etdiyi kimi, bununla bağlı ölkə prezidenti müvafiq göstəriş verib.

"Hesab edirəm ki, biz böyük məmuniyyətlə birjada iştirak edəcəyik. Bu, Azərbaycan nefti ilə deyil, Azərbaycanın Novorossiysk limanında satdığı "URAL" Rusiya sortu ilə ticarətə aiddir. Birjanın yaradılması normal qiymətləri müəyyən etmək üçün baza yaradır", - deyə Azərbaycanın iqtisadi inkişaf naziri bildirib.

Xammalı Bakı-Novorossiysk kəməri ilə çatdıraraq, Azərbaycan Novorossiysk limanından "URAL" sortlu neft satır. "Azeri Light" sortu da daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri sistemində digər sortlarla qatışaraq Novorossiysk limanından "URAL" kimi satılır. "URAL"ın sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün miqdarı isə 1,8%-ə qədər təşkil edir.

Xəbər lenti

Xəbər lenti