...

"Statoil Azerbaijan": Cənubi Qafqaz qaz kəmərinin gücü ildə 20 mlrd. m3 qaza qədər artırıla bilər

Energetika Materials 14 Dekabr 2006 17:04 (UTC +04:00)

Bu gün keçirilən mətbuat konfransında "Statoil Azerbaijan" şirkətinin eks prezidenti Qeorq Qundersen bildirib ki, əlavə kompressor stansiyalarının tikintisi hesabına Cənubi Qafqaz qaz kəmərinin (SCP) gücünü ildə 20 mlrd. m3 qaza qədər artırmaq olar.

Q.Qundersen 2007-ci il yanvarın 1-dən etibarən Azərbaycanda altı illik fəaliyyətini rəsmi olaraq başa vuracaq və bundan sonra Anqolada şirkətin ofisinə rəhbərlik edəcək. Bakıda onu Polşadakı "Statoil" şirkətində 6 il işləmiş və hazırda Azərbaycana gəlmiş Kristian Xausken əvəz edəcək.

Boru kəməri ilə Azərbaycanın "Şahdəniz" yatağından qaz ötürüləcək. Yatağın işlənməsi layihəsinə görə iki mərhələ mövcuddur. Qazaxıstan və Türkmənistan yatağından qazın dünya bazarlarına çıxarılması üçün boru kəmərinin genişləndirilməsi istisna edilmir.

Q.Qundersen "Statoil" şirkətinin ölkədəki əməkdaşlıq fəaliyyətini çox yüksək qiymətləndirib.

O deyib: "Mənim Azərbaycanda olduğum müddət çox maraqlı və faydalı olub. Bu müddət ərzində milli neft sənayesi ilə bağlı plan və səylər reallığa çevrilib. Bu gün Azərbaycan dünya xəritəsinə neft ixracatçısı kimi daxil olub, tezliklə isə həm də qaz ixracatçısı kimi daxil olacaq".

Xəbər lenti

Xəbər lenti