...

BP Azerbaijan xarici şirkətlə yeni müqavilə imzalayıb

Energetika Materials 11 Yanvar 2007 18:27 (UTC +04:00)

Neft və qaz hasilatı üçün xüsusi neft -qaz avadanlığı istehsalçısı - Downhole Products Plc. şirkəti BP Exploration Caspian Sea Ltd tərəfindən Xəzərin Azərbaycan sektorunda istifadə olunacaq boruların sementlənməsi üçün ehtiyat hissələrinin geniş çeşidinin tədarükü üçün müqavilənin verildiyini bildirib. Bu barədə Trend Downhole Products şirkətinin məlumatına istinadən xəbər verir.

5 illik müddəti olan və 35 mln. ABŞ dolları dəyərində müqavilə Downhole Products şirkətinin üzərinə vasitələrin tam çeşidini tədarük etmək öhdəliyini qoyur. Bu müqavilə BP ilə üçillik uğurlu işdən sonra əldə olunub. Bu vaxtda Downhole Products Plc. şirkəti "Çıraq", "Şahdəniz", "Mərkəzi", "Şərqi" və "Qərbi Azəri" platformalarında istifadə olunan sementləmə üçün avadanlıq tədarük edib.

Downhole şirkətinin maliyyə üzrə regional meneceri Markus Qreqsonun sözlərinə görə, bu, şirkətin əməliyyat xərclərini azaltmağa və səmərəliliyi artırmağa imkan verən keyfiyyətli, yataqlarda sınaqdan keçirilmiş avadanlığı tədarük etməsi üçün daha bir imkandır.

Onun sözlərinə görə, müqavilə başa çatdıqdan sonra daha 1-2 il müddətinə uzadıla bilər.

Xəbər lenti

Xəbər lenti