...

Dövlət Neft Şirkəti Ceyhanda neft partiyasının satışı ilə bağlı tender elan edib

Energetika Materials 27 Yanvar 2007 13:24 (UTC +04:00)

ARDNŞ Bakı-Tbilsi-Ceühan boru kəməri ilə tədarık edilən, Ceyhan limanında Azeri Light markalı özünə məxsus neft partiyasının yüklənməsi ilə bağıl tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dan bildiriblər.

Partiyanın həcmi 1 mln. barel (yaxud135 min ton) təşkil edəcək. Yükləmə 28 fevral-2 mart tarixləri üçün planlaşdırılır.

Yanvarın 24-ü üçün AZERI LT FOB Ceyhan neftinin dəyəri 53,77 dol/bar. təşkil edib (əvvəlki qiymətə münasibətdə 1,40 dol/bar ).

2007-ci ildə Ceyhanda ARDNŞ neftini aşağıdakı şirkətlər əldə edib:

"Glencore Energy UK Ltd" - yanvar (1 mln. barel);

"IİLMA OİL S.L" - yanvar - fevral (1 mln. barel);

"Select Energy GmbH" - fevral (600 min barel).

Xəbər lenti

Xəbər lenti