...

Azərbaycan Dövlət Neft Şirkəti "Abşeron" dəniz blokunda daha çox ehtimal olunan karbohidrogen ehtiyatlarını açıqlayıb

Energetika Materials 10 Fevral 2007 14:34 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda "Abşeron" dəniz blokunda daha çox ehtimal olunan karbohidrogen ehtiyatları qaz və kondensatdır. Bu blokda suyun dərinliyi - 400-500 metrdir. Bu barədə Trend ə şənbə günü Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Əvvəl bu blokda bir kəşfiyyat quyusu qazılmışdı, lakin o, kommersiya cəhətdən cəlbedici olan karbohidrogen ehtiyatlarını aşkar etmədi.

Cümə axşamı ARDNŞ və Fransanın Total neft şirkəti arasında "Abşeron" dəniz blokunun işlənməsi üzrə "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalanıb. Memorandumun şərtlərinə əsasən, tərəflər 12 ay ərzində əsas kommersiya prinsipləri və hasilatın pay bölgüsü şərtləri haqda müqaviləni razılaşdırmalı və imzalamalıdırlar.

Bu dəniz blokunun işlənilməsi layihəsi vaxtilə xitam verilmiş layihələrdəndir. "Abşeron" layihəsi üzrə tərəfdaşlar ABŞ-ın "ChevronTexaco" (operator-30%), Fransanın "Total" şirkətləri (20%) və ARDNŞ (50%) idi. Bu müqavilə 1997-ci ilin avqustunda imzalanıb və elə həmin il də qüvvəyə minib.

Blokda bir quyu qazılıb. Tərəflər ikinci quyunu qazmaqdan imtina edib və ARDNŞ-ə müvafiq kompensasiya ödəyiblər. 2005-ci ildə həmin sazişə xitam verilib.

Xəbər lenti

Xəbər lenti