Azərbaycan, Bakı/ Trend S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti ABŞ Dövlət Departamentinin "Təcrübə mübadiləsi Proqramı"na qoşulmaq imkanlarını nəzərdən keçirir. Bu barədə məlumat ARDNŞ-dən verilib.
Bu il ARDNŞ universitet məzunları üçün öz strukurlarında təcrübə keçmək üçün şərait yaradıb. Bu layihə ABŞ-da bir il müddətində təhsil almış gənclərin dövlət strukturlarında təcrübə keçməsini əhatə edən "Gələcəyin liderləri" proqramı çərçivəsində təşkil olunub. Azərbaycanda bu proqramın reallaşma müddəti isə 3 ildir.