...

Azərkimya "Orqsintez" zavoduna xammal alınması üçün tender elan edib

Energetika Materials 25 May 2007 21:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərkimya Dövlət Şirkəti "Orqsintez" zavodunda emal prosesində istifadə olunan xammalın alınmas üçün tender elan edib. Şirkətin məlumatında göstərilib ki, I lot üzrə oksid etilen (600 ton) alınması, II - maye xlor (17200 ton), III -sintetik qliserin (200 ton), IV - aqibola (21,6 ton), V - liqnosulfonat (610 ton), VI - ortofosforit turşusu (75,6 ton) alınması nəzərdə tutulub.

Tenderdə iştirak haqqı hər lot üzrə 200 manat təşkil edir. Maraqlı şirkətlərin təklifləri iyunun 27-nə qədər qəbul olunacaq. Tender təkliflərinin açılışı isə iyunun 28-də "Orqsintez" zavodunda olacaq.

Xəbər lenti

Xəbər lenti