...

ARNDŞ rəhbəri: ARNDŞ-ın qaz anbarının bərpasında iştirakı onun dəyərini azaldacaq (video)

Energetika Materials 6 İyun 2007 17:57 (UTC +04:00)
ARNDŞ rəhbəri: ARNDŞ-ın qaz anbarının bərpasında iştirakı onun dəyərini azaldacaq (video)

Azərbaycan, Bakı /müxbir Trend S.Əliev/ ARNDŞ-nin mütəxəssisləri Qaradağ yeraltı qaz anbarının genişləndirməsi ilə bağlı layihə hazırlayır. "Layihənin hazırlanması başa çatdıqdan sonra ARNDŞ onun həyata keçirilməsinə başlayacaq", - deyə çərşənbə günü ARNDŞ-nın prezidenti Rövnəq Abdullayev bildirib.

ARNDŞ öz infrastruktur və müəssisələrindən istifadə etməklə bu layihəni öz hesabına reallaşdırmaq niyyətindədir.

"Xarici şirkətlər bu layihəyə cəlb olunmayacaqlar", - deyə neft şirkətinin rəhbəri bildirib. Qaz anbarının genişləndirilməsi işləri çərçivəsində yeni quyuların qazılması və köhnələrin təmiri, kompressor borularının və qurğularının dəyişdirilməsi nəzərdə tutulur. Layihənin dəyəri $150-$160 mln. -dır. Halbuki Abdullayevin sözlərinə görə, bütün işlər ARNDŞ-in öz hesabına aparıldığından layihənin dəyəri bir qədər azalacaq. Layihənin həyata keçmə müddəti təxminən iki ildir. Əvvəl layihəni alınan kreditlərin hesabına reallaşdırmaq planlaşdırılıb. "Azəriqaz" SC tender elan edib, lakin sonradan tender dayandırılıb. Layihə yüksək təzyiqli təbii qazın qaz kompressorlarının və Qaradağ qaz anbarının bərpası üçün qaztəmizləyici qurğuların layihələşdirilməsini və aktiv qazın həcminin 2,3 mlrd. kubmetrə çatdırılmasını nəzərdə tutur. Həmçinin köhnə quyu fondunun təchiz edilməsi, tikintisi, əsaslı təmiri və yeni mühüm quyuların qazılması, qazılma sahələrinin dəqiqləşdirilməsi, quyuların və yeraltı anbarların tam yoxlanılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti