...

Ceyhanda tikiləcək neft emalı zavodunun layihə gücü artırılacaq

Energetika Materials 10 Avqust 2007 15:31 (UTC +04:00)
Ceyhanda tikiləcək neft emalı zavodunun layihə gücü artırılacaq

Qazaxıstan, Astana /müx. Trend K.Arınova/ Üç tərəfdaş - "KazMunayQaz" SC, Türkiyənin "Calik Erenrji" və Hindistanın "Oil İndia" şirkətləri Türkiyənin Ceyhan limanında tikiləcək neft emalı zavodunun güc parametrlərini artıraraq il ərzində gücü 15 milyondan 20 milyona qədər çatdırmaq barədə qərar qəbul ediblər. Bu barədə Trend a Qazaxıstan şirkətindəki informasiya mənbəyi bildirib. Belə bir qərar hər üç tərəfin nümayəndələrinin Dehlidə keçirilən danışıqları zamanı qəbul olunub.

"Planlaşdırılan zavodun layihə gücünü artırmaq üçün bütün əsaslar var, bu əsaslara ilk növbədə Türkiyənin neft məhsullarına artan tələbatı, dünya bazarına çıxışı olan limanın əlverişli mövqeyi, böyük həcmdə xammalın mövcud olması daxildir (buraya neft BTC, İranda tikiləcəyi planlaşdırılan "Kərkük-Ceyhan" və "Samsum-Ceyhan" kəmərlərindən daxil olacaq)" - mənbənin verdiyi məlumatda belə deyilir.

Müvafiq layihədə zavodun özünün tikintisindən əlavə həmçinin limanın infrastrukturunun yaradılması nəzərdə tutulur, infrastruktura gəmilərin yan alması üçün körpü, tanker və zavoda qədər kəmərin tikintisi daxildir. Layihənin gücünün artırılması həmçinin layihənin dəyərini qaldıracaq. Mənbə dəyərin nə qədər artacağı barədə məlumat verməyib. Əvvəllər il ərzində 15 mln. ton olması nəzərdə tutulan ilkin variantda layihənin dəyəri 5 mlrd. dollar həcmində qiymətləndirilmişdi.

Türkiyənin "Calik Enereji" şirkəti neft emalı zavodunun tikintisinə lisenziya qazanıb və "DARPAS" SC törəmə şirkətini yaradıb, bu şirkətdən gələcəkdə müvafiq layihədə iştirak üçün öz paylarını "KMQ" və "Oil İndian" şirkətləri almalıdır. Bu üç şirkət arasında qarşılıqlı anlaşma Memorandumu artıq imzalanıb.

Hindistan şirkətinin bu qrupa daxil olması onunla izah olunur ki, "Oil İndian"ın aktivində Hindistanın özündə olan 10 neft emalı zavodu, ümumi uzunluğu 6 min km olan kəmər və 200 mindən çox neft məhsullarının pərakəndə satış məntəqəsi var. Şirəkt neft emalı zavodunun tikintisi üçün TİƏ-nin işlənib hazırlanmasında böyük təcrübəyə malikdir. Bu alyansa İtaliyanın "ENİ" şirəkəti də daxil olmaq arzusunu bəyan edib. "ENİ" şirkəti Qazaxıstanın Xəzər dənizi sahillərində iri yataq olan "Kaşaqan"ın mənimsənilməsi layihəsində və "Transanatolu" kəmərinin tikintisində operator qismində çıxış edir.

Əvvəllər verilən məlumata görə, Türkiyə hökumətinə Ceyhan limanı rayonunuda neft emalı zavodunun tikintisi məqsədilə üç müraciət daxil olub. Neft emalı zavodu tikmək istəyən üç şirkətlər qrupu meydana gəlib. Birinci qrupa yuxarıda göstərildiyi kimi "Calik Enreji", "KMQ" və Hindistanın "Oil İndia" şirkəti daxildir. İkinci qrupa Türkiyənin "TURCAS" və Azərbaycan Dövlət Neft Şirkəti daxildir. Üçüncü qrupa isə Türkiyənin "Petroil offisi" və Avstriyanın "OMV" şirkətləri daxildir.

"KMQ" həm birinci, həm də ikinci qrupun iştirakçılarından birləşmək təklifi alıb. "Petroil offisi" və Avstriyanın "OMV" şirkətindən alınan təklif dərhal qəbul olunmayıb. İkinci qrupdan, xüsusilə ARDNŞ-dan alınan təklif nəzərdən keçirilir" - deyə mənbənin məlumatında bildirilir.

Bu həftə Astanada neft-qaz sahəsində strateji əməkdaşlığa dair müqavilənin imzalanması zamanı ARDNŞ-ın rəhbəri Rövnəq Abdullayev jurnalistlərin "KMQ" ilə birgə layihələr sualına cavab verərkən bildirib: "ARDNŞ artıq Ceyhanda neft emalı zavodunun tikintisi proseduruna başlayıb. Biz layihələnməyə başlamışıq. Əgər "KazMunayQaz"ın istəyi olsa, bu layihəni birgə həyata keçirə bilərik".

Jurnalistlərin həmin sualına fikir bildirən "KMQ" rəhbəri Uzakbay Karabalin isə bildirib: "Neft emalı zavodunun tikintisi çoxdan bəri Qazaxıstan və Türkiyə, həmçinin Azərbaycan və Türkiyənin ali rəhbərləri səviyyəsində müzakirə olunur. Biz bu məsələni gələcəkdə də müzakirə etmək niyyətindəyik. Əgər biz layihənin məqsədəuyğun olduğunu görsək, imzalanmş müqavilədə bu layihə ilə bağlı əməkdaşlıq etmək niyyəti yer alacaq".

Trend a verdiyi müsahibədə Qazaxıstanın sənaye və mineral resurslar naziri Baktıtoja İzmuxambetov bildirib: "Ceyhan məsələsinə gəldikdə, bir yerdə tezliklə iki və ya üç zavodun tikintisinin mənası yoxdur. Rəqabətin qarşısını almaq məqsədilə Azərbaycan, Qazaxıstan və Türkiyənin səylərinin birləşdirilməsi nəzərdə tutulur. Biz hesab edirik ki, üç ölkənin birlikdə bir böyük zavod tikməsi daha məqsədəuyğundur. Hazırda danışıqlar aparılır".

Ceyhan limanında neft emalı zavodunun tikintisi Türkiyə hökuməti tərəfindən bir nömrəli layihə kimi nəzərdən keçirilir. Hökumət başçısı Rəcəb Tayib Ərdoğan layihəyə hərtərəfli yardım edəcəyinə söz verib.

Mütəxəssislərin fikrincə, ən sərfəli "iqtisadiyyat" buradadır. Birinci səmərə Ceyhan limanının coğrafi mövqeyindədir. Hazırda buraya neft layihə gücü il ərzində 50 mln. ton olan BTC kəməri vasitəsilə çatdırılır. Türkiyə hökumətinin planlarına öz ərazisində layihə gücü il ərzində 50 mln. ton olan "Samsun-Ceyhan" marşrutunun tikintisi daxildir. Bundan başqa, istisna edilmir ki, buraya neft həmçinin İranın "Kərkük-Ceyhan" kəməri vasitəsilə də çatdırılacaq, kəmərin layihə gücü il ərzində 70 mln. ton təşkil edir.

Beləliklə, Ceyhan limanı rayonunda üç ciddi arteriya birləşərək ümumilikdə buraya 170 mln. ton neft çatdıracaq. Bu dünyanın ən iri limanı olan Rotterdama gələn neftin həcmindən də çoxdur, bu limana hazırda təxminən 150 mln. ton neft daxil olur.

İkinci səmərə isə perspektiv satış bazarlarının olmasıdır. Bu ilk növbədə Türkiyənin özüdür. Hazırda ölkə neft emalı müəssisələrinə ehtiyac duyur. Belə ki, ölkənin neft məhsullarına olan ehtiyacı 32 mln. ton təşkil edir. Burada fəaliyyət göstərən beş zavod 26,5 mln. ton neft məhsulu istehsal edir, qalan 6-7 mln. həcmində ehtiyacı isə ölkə Rusiya və İtaliyadan aldığı neft hesabına ödəyir. Lakin mütəxəssislərin proqnozlarna görə, 2010-cu ildə Türkiyənin neft məhsullarına olan ehtiyacı 34 mln. ton, 2012-ci ildə isə 43 mln. tona qədər artacaq.

Ceyhan limanında neft emalı zavodu tikintisinin 2012-ci ildə başa çatdırılması planlaşdırılır. Burada neft məhsulları geniş çeşiddə istehsal olunacaq: yüksək oktanlı benzinin bütün növləri, mazut, dizel yanacağı, aviasiya kerosini və neft kimyası məhsulları. Yeri gəlmişkən, bu ayın sonunda layihənin iştirakçıları Astanada qarşılıqlı anlaşma Memorandumu imzalamağı planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti