...

“FINCA Azerbaijan” 1-ci rübdə xalis gəlir üzrə 80 faiz artım əldə edib

Maliyyə Materials 12 May 2023 13:13 (UTC +04:00)
“FINCA Azerbaijan” 1-ci rübdə xalis gəlir üzrə 80 faiz artım əldə edib

Bakı. Trend:

Ölkənin aparıcı qeyri-bank mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” 2023-cü ilin birinci rübünü əvvəlki ilin eyni dövrü ilə müqayisədə xalis gəlirində 80% artımla başa vurub. Birinci rübün fəaliyyət statistikasına əsasən son 12 ay ərzində kredit portfeli 37 faiz artaraq 55 milyon manat, müştərilərin sayı isə 33 faiz artaraq 27000 nəfər təşkil edib.

Bu ilin ilk üç ayı üzrə “FINCA Azerbaijan” təşkilatının kapitalı 16,2 milyon manat təşkil edib, bu da Azərbaycanın kənd yerlərində daha çox sahibkarın dəstəklənməsinə əmin addımlarla davam etmək üçün stabil zəmin formalaşdırır.

"Birinci rübün nəticələri açıq şəkildə göstərir ki, FINCA əsas diqqətini və fəaliyyət istiqamətini müştəri xidmətlərini yaxşılaşdırmaq və müştərilərlə qarşılıqlı əlaqə yaradan kommunikasiya kanallarını artırmaq məqsədi ilə rəqəmsal yönümlü kredit əməliyyatlarına yönləndirir " - “FINCA Azerbaijan” təşkilatının baş icraçı direktoru Timoti Tarrant bildirib.

“Yüksək dayanıqlı biznes modeli yerli investorları da cəlb edir, belə ki FINCA bu ilin mart ayında Bakı Fond Birjasında dördüncü istiqraz yerləşdirməsini uğurla həyata keçirə bilib”.

Aztəminatlı insanlara və icmalara öz gələcəklərinə sərmayə qoymağa kömək etmək üçün dürüst və səmərəli maliyyə xidmətləri təklif edən qlobal şəbəkənin bir üzvü kimi “FINCA Azerbaijan” təşkilatı hesabat dövrü ərzində artan bazar ehtiyaclarını qarşılamaq üçün öz kredit təkliflərinin müxtəlifliyini saxlayıb.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat üçün https://finca.az/ saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti