...

Azərbaycanın internet provayderləri üçün texniki resursların qiyməti azaldılacaq – nazir

Telekommunikasiya Materials 21 Fevral 2008 14:19 (UTC +04:00)
Azərbaycanın internet provayderləri üçün texniki resursların qiyməti azaldılacaq – nazir

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir S.Babayeva/ Azərbaycan provayderləri daha aşağı qiymətlərlə internet xidməti göstərmək üçün texniki resurslar ala biləcəklər. Bu barədə cümə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

"Biz beynəlxalq internet-kanalın qiymətlərinə təsir gösrətə bilmərik, lakin daxili resurs qiymətlərinin endirilməsi üçün imkan var" - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, qısa müddət ərzində internet resurslarının aşağı salınması məqsədi ilə tariflərə baxılması üçün "Aztelekom" İB və "Baktelekom"a göstəriş verilib.

"Bu təkcə ATS-ə deyil, həmçinin digər yerli resurs kanallarına da aiddir. Bu qiymətlərin iki il öncə endirilməsinə baxmayaraq, onlar hələ də yüksək hesab olunur" - deyə Abbasov söyləyib.

Nazir bildirib ki, bu resurslar provayderlərə ölkənin regionlarında internet xidməti göstəriləcəyi halda pulsuz veriləcək.

Azərbaycanda 30 internet-provayderi fəaliyyət göstərir və onlardan yalnız ikisi dövlət şirkətidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, Azərbaycanda internet istifadəçilərinin sayı 1 mln. nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti