...

Türkiyə poçtunun nümayəndələri Bakıya səfər edəcəklər

Telekommunikasiya Materials 31 Mart 2008 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend / Türkiyənin poçt administrasiyasının nümayəndə heyəti Bakıya səfər edəcək. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Nümayəndə heyəti aprelin 1-də səfər edəcək, idarədə və "Azerpocht" Dövlət Müəssisəsində görüşlər keçirəcək, həmin müəssisələrin rəhbərləri ilə danışıqlar aparacaq.

Səfərdə məqsəd Azərbaycanda poçt sahəsində həyata keçirilən islahatlarla tanış olmaq və "Azerpocht"la əlaqələrin möhkəmləndirilməsidir.

Azərbaycan tərəfi Türkiyənin poçt nümayəndələrini "Azerpocht"un iş prinsipləri, həmçinin Dünya Bankı ilə birgə həyta keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin reallaşdırılmasının gedişatı ilə tanış edəcək.

Xəbər lenti

Xəbər lenti