...

İlin sonunadək Azerpocht bank xidmətlərinin göstərilməsinə başlamağı planlaşdırır

Telekommunikasiya Materials 26 May 2008 21:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may/ Trend / İlin sonunadək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibinə daxil olan Azerpocht DM bank xidmətlərinin göstərilməsinə başlayacaq. Bu barədə bazar ertəsi təşkilatdan məlumat veriblər.

"Bu "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində proqram təminatının tətbiqi hesabına mümkün olacaq", - DM-dən bildiriblər.

Bir müddət əvvəl maliyyə-poçt və avtomatlaşdırılmış əməliyyat sisteminin alınması üçün tenderin qalibi Hewlett Packard konsorsiumu, Colvir və Sinam elan edilib.

Sistemə həm maliyyə, həm də poçt məsələləri üzrə çoxsaylı modellər daxildir. Maliyyə modullarına - depozit, xəzinədarlıq, aktivlər və passivlərin idarə edilməsi, likvidliyin idarə edilməsi, informasiya idarəetmə sistemi, avtomatlaşdırılmış mühasibat kitabı daxildir. Poçt modulları isə poçt göndərişlərini, o cümlədən də beynəlxalq göndərişlərin izlənilməsi və poçt xidmətlərinin avtomatlaşdırılmasıdır.

Dövlət idarəsindən bildiriblər ki, oktyabradək avtomatlaşdırılmış poçt xidmətləri və pul köçürmələri üzrə modulları, 2009-cu ilin oktyabrından isə qalan modulları - xəzinədarlıq, depozit və akitv və passivlərin idarə edilməsi üzrə modulları istifadəyə vermək planlaşdırılır.

Əsas komponentinin ölkənin poçt sisteminin təkmilləşdirilməsi olan "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin dəyəri $17,5 mln. təşkil edir. DB $12,25 mln. məbləğində kredit ayıracaq, qalan hisssə isə Azərbaycan hökumətinin payına düşür.

Xəbər lenti

Xəbər lenti