...

"Azercell"in iki abonenti "Toyota Corolla" avtomobili qazanıb

Telekommunikasiya Materials 10 İyul 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend / "Azercell Telecom" mobil rabitə operatoru artıq bir aydan çoxdur ki, öz abonentləri üçün "Yubiley hədiyyələri" adlı yay kampaniyası keçirir. Şirkətdən verilən məlumata görə, bu vaxt ərzində çox sayda abonent pulsuz danışıq dəqiqələrinə və oynanılan 10 "Toyota Corolla" avtomobilindən ikisinə sahib olublar.

Avtomobilin sahibləri Nadir Bağırov və Elvin Qarayevdir. "Azercell Telecom"un vitse-prezidenti Əli Ağan çərşənbə günü keçirilən mərasimdə maşının açarlarını sahiblərinə təqdim edib.

"Azercell Telecom"un bu yay keçirdiyi kampaniya "SimSim"in 10 illik yubileyinə həsr olunub. İyunun 1-də başlayan kampaniya avqustun 31-dək davam edəcək. Abonentlər daha 8 avtomobil və milyonlarla pulsuz danışıqlara sahib ola bilərlər. Kampaniyada 10, 20, 40, 100 və 200 manat həcmində olan ödəmə kartları və "SimSim"in 2, 5, 10, 20, 40 manatlıq danışıq kartları iştirak edir.

Xəbər lenti

Xəbər lenti