...

Azərbaycan Milli Elmlər Akademiyasında UNESCO nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib

Telekommunikasiya Materials 20 İyul 2009 19:48 (UTC +04:00)
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Azərbaycan Milli Ensiklopediyası" elmi mərkəzində milli elm və texnologiyaların strategiyasının hazırlanması mövzusunda elmi dəyirmi masa keçirilib", - AMEA-nın məlumatında deyilir.

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir H.Vəliyev /

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Azərbaycan Milli Ensiklopediyası" elmi mərkəzində milli elm və texnologiyaların strategiyasının hazırlanması mövzusunda elmi dəyirmi masa keçirilib", - AMEA-nın məlumatında deyilir.

Dəyirmi masanın işində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Elmar Qasımov, o cümlədən AMEA institutlarının rəhbərləri və əməkdaşları iştirak edib.

AMEA prezidenti Mahmud Kərimov "2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya"nın qəbulunun əhəmiyyətindən danışıb.

"Bu strategiyanın hazırlanması üçün Azərbaycan elminin hazırkı durumunun öyrənilməsi, bu sektorda islahatların aparılması ilə bağlı müzakirələrin, həmçinin fikir mübadiləsi və digər tədbirlərin keçirilməsi vacibdir", - AMEA prezidenti deyib.

Elmin inkişafının müxtəlif yollarının mövcud olduğunu bildirən UNESCO-nun eksperti Piter Tindermans deyib ki, bu istiqamətdəki ən vacib aspektlərdən biri bu sahənin maliyyələşdirilməsidir. Ekspertin sözlərinə görə, elmin maliyyələşdirilməsində elmi fondlar vacib rol oynayır. "Azərbaycanda gənc alimlər nəslinin yetişdirilməsi, elmi tədqiqat və innovasiya fəaliyyətinin maliyyələşdirilməsi mexanizminin müəyyənləşdirilməsi hədəflərə çatmaq üçün vacib şərtlərdir", - Tindermans bildirib.

Tindermans həmçinin "Azərbaycanın elmi, texniki və informasiya siyasətində tələblər və hədəflərə çatması üçün "Livan təcrübəsi" mövzusunda məruzə ilə çıxış edib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev UNESCO ekspertlərini Azərbaycan elminin real durumu ilə tanış edəndən sonra milli strategiya qarşısında duran məsələlər üzrə işçi qrupun yaradılmasını və bu strategiyanın həyata keçirilməsinə həsr olunmuş ümumrespublika konfransının keçirilməsini təklif edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti