...

Bakcell yeni Data Kart-ı təqdim edib

Telekommunikasiya Materials 4 Mart 2010 19:53 (UTC +04:00)
Bakcell müştərilərinə "daha yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq öz abunəçiləri üçün yeni Data Kart-ı təqdim edib.
Bakcell yeni Data Kart-ı təqdim edib

Azərbaycan, Bakı, 04 mart / Trend /

Bakcell müştərilərinə "daha yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq öz abunəçiləri üçün yeni Data Kart-ı təqdim edib.

Data Kart stolüstü kompüteri, noutbuku və ya hər hansı bir digər portativ cihazı USB port vasitəsilə internetə qoşmağa imkan verir.

Bunun üçün Bakcell Data Kartını istifadə etmək kifayətdir. Bakcell abunəçiləri evdə, yolda, işdə və hətta rouminq zamanı günün 24 saatı, həftənin 7 günü yüksəksürətli internetdən istifadə edə bilərlər.

Yeni Data Kart vasitəsilə Bakcell abunəçiləri öz elektron poçtlarını yoxlaya, sosial şəbəkə və çatlar vasitəsilə ünsiyyət saxlaya, ən son xəbərləri oxuya və yeni mahnıları yükləyə bilərlər.

Həmçinin Bakcell abunəçiləri Data Kart vasitəsilə SMS göndərə bilərlər.

Bakcell Data Kartlarını Bakcell-in bütün satış nöqtələrində əldə etmək mümkündür.

Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycan regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 milyona çatıb.

Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

Bakcell Data Kart-ı, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com-a daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti