...

Azərbaycanın mobil rabitə operatoru media-xidmətlərin cəlb olunması üçün tender elan edir

Telekommunikasiya Materials 27 İyul 2010 14:46 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC media-xidmətlərin cəlb edilməsi üçün tender elan edir. Bu barədə Trend-ə çərşənbə axşamı "Azərfon" MMC-nin təchizat və logistika direktoru Tural Vəzirov deyib.
Azərbaycanın mobil rabitə operatoru media-xidmətlərin cəlb olunması üçün tender elan edir

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Q.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC media-xidmətlərin cəlb edilməsi üçün tender elan edir. Bu barədə Trend-ə çərşənbə axşamı "Azərfon" MMC-nin təchizat və logistika direktoru Tural Vəzirov deyib.

Vəzirovun sözlərinə görə, tender "NarMobile" və "Azərfon-Vodafone" şəbəkəsinin bütün növ reklam xidmətlərinin cəlb edilməsini, reklam və media-kontentin KİV-in səhifələrində, İnternet şəbəkəsində, radio və televiziyada yerləşdirilməsini və habelə reklamın ictimai nəqliyyatda, küçədə yerləşdirilməsini nəzərdə tutur.

"Tender iki mərhələdən ibarətdir. Tender iştirakçılarının riayət etməli olduqları bəzi amillər mövcuddur. Birinci mərhələdə şirkətlərin bizim tələblərimizə uyğun xidmətlərin göstərilməsində bacarıqları yoxlanılacaq və yalnız bundan sonra onların xidmətlərə görə təklif etdikləri tariflər öyrəniləcək. Məsələn, bu, şirkətlərin küçə reklamının bizim üçün strateji hesab edilən yerlərdə yerləşdirilməsi üzrə imkanlara aiddir. Məhz şirkətlərin bizim kriteriyalara cavab verməsi onların tenderdə gələcək iştirakları üçün mühüm rol oynayacaq", - Vəzirov qeyd edib.

İştirakçıların tender təklifləri avqustun 9-dək qəbul edilir (iş gününün sonunadək).

Xəbər lenti

Xəbər lenti