...

Azərbaycan Mərkəzi Bankı elektron statistik məlumat bazası və analitik hesabatlılıq sisteminin tətbiqinə başlayır

Telekommunikasiya Materials 18 Avqust 2010 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend, müxbir H.Vəliyev /

Azərbaycan Mərkəzi Bankı Azərbaycanın Sinam İT şirkəti ilə Elektron Statistik məlumat bazası və Analitik hesabatlılıq Sisteminin yaradılması üzrə müqavilə imzalayıb. Bu barədə bankın tender komissiyasının məlumatında deyilir.

Bu günədək Mərkəzi Bankda bank nəzarəti menecmenti üzrə informasiya sistemlərinin tətbiqi layihəsinin ikinci mərhələsi başa çatıb.

Sinam şirkəti tərəfindən həyata keçirilməli olan ilk iki mərhələ üzrə işlər də bu şirkət tərəfindən yerinə yetirilib. Həmin mərhələlər müxtəlif qrafik formaların qurulması imkanları da daxil olmaqla hesabatların törəmə sisteminin tətbiqi, eləcə də əvvəllər bankda istifadə olunan FinA sisteminin və arxivləşdirmə sisteminin elektron poçta inteqrasiyası və onun idarə olunmasını nəzərdə tutur. Bu, e-mail serverin disk məkanından bir qədər ehtiyatla istifadə etməyə və arxiv məlumatlarını idarə etməyə imkan verir.

Ümumilikdə, layihəyə beş mərhələ daxildir və bu gün şirkət üçüncü və dördüncü mərhələ üzrə işlərə başlayıb. Onların ilin sonunda başa çatdırılması planlaşdırılıb.

Üçüncü mərhələ bank təşkilatlarını və qeyri-pbank kredit təşkilatlarını idarə etməyə imkan verən əlavənin tətbiqini nəzərdə tutur. Bu mərhələdə bank daxilində sənəd dövriyyəsi sistemindən keçmiş sənədlərin avtomatik yenilənməsi, eləcə də idarəetmə üçün vacib olan bütün məlumatların daxil edilməsi və təhlili nəzərdə tutulur.

Dördüncü mərhələ Mərkəzi Bankın həyata keçirtdiyi layihələrin idarə olunması sistemini əhatə edir. Bu sistem sənəd dövriyyəsi sistemilə bağlıdır.

Beşinci mərhələyə daxil olan sənədlərin surətini çıxarılması və tanınması, onların müvafiq biznes prosesinə qoşulması imkanlarının iştirak etdiyi sənəd dövriyyəsi daxildir. Daxil olan sənədlərin tanınması sənədin məzmunu üzrə mənaca axtarışı həyata keçirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti