...

ITU Azərbaycanda təsbit edilmiş stansiyaların qeydiyyatı üzrə nəticələri açıqlayacaq

Telekommunikasiya Materials 10 Mart 2011 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir H.Vəliyev/

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU - International Telecommunication Union) Azərbaycan tərəfinin təsbit edilmiş stansiyaların qeydiyyatı barədə bəyanatı ilə əlaqədar birinci rübün yekunları üzrə nəticələri açıqlayacaq. Bu barədə Trend-ə cümə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) baş mühəndisi İlham Əfəndiyev deyib.

Onun sözlərinə görə, bundan əvvəl ITU-ya rəsmiləşdirilmə üçün göndərilən stansiyaların qeydiyyatı üzrə nəticələr Radiorabitə Bürosu (BRIFIC) tərəfindən dərc ediləcək.

Dövlət Radiotezliklər İdarəsi tərəfindən GE-06 (Cenevrə-06) sazişinə uyğun olaraq, 171 təsbit edilmiş stansiyanın qeydiyyatı haqqında bəyanat hazırlanaraq ITU-ya BRIFIC-də baxılmaq üçün təqdim edilib.

GЕ-06 sazişi rabitə administrasiyaları arasında tezlik mənsubiyyətlərinin koordinasiyasının aparılması imkanını nəzərdə tutur. GЕ-06 sazişinin mətnində yerüstü radioyayım xidmətlərinin modifikasiyası və koordinasiyası göstərilib.

Radiorabitənin reqlamentinə əsasən, digər tərəfin mövcud olan və ya planlaşdırılan stansiyalarına maneəçilik törədə biləcək və ya özü belə stansiyaların təsiri altına düşə biləcək istənilən tezlik mənsubiyyəti haqqında beynəlxalq tezlik registrində qeydiyyata alınması üçün ITU-nun Radiorabitə Bürosuna bildirilməlidir.

Bundan əvvəl ITU Azərbaycana BRIFIC tezlikləri üzrə 23 beynəlxalq informasiya sirkulyarı göndərib. DRİ-yə daxil olan BRIFIC sirkulyarları üzrə prosessual qaydada 256 təsbit edilmiş stansiyanın (təsbit edilmiş xidmətlərin ötürücü stansiyaları), 14 DVT, 62 FM və 49 analoq TV stansiyaların tədqiqatı üzrə zəruri işlər aparılıb.

Xəbər lenti

Xəbər lenti