...

Azercell ən yaxşı satıcılarını mükafatlandırdı (FOTO)

Telekommunikasiya Materials 26 Oktyabr 2011 15:05 (UTC +04:00)
Bir nömrəli mobil operator olan Azercell hazırda yüzlərlə müxtəlif xidmət təklif edir. Hər abunəçi bunlardan özünə uyğun olanını seçir və istifadə edir. Lakin abunəçilərin hər gün yenilənən xidmətlər barədə ətraflı məlumat alması üçün diler və satıcıların da bu barədə xəbərdar olması önəmlidir.
Azercell ən yaxşı satıcılarını mükafatlandırdı (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend /

Bir nömrəli mobil operator olan Azercell hazırda yüzlərlə müxtəlif xidmət təklif edir. Hər abunəçi bunlardan özünə uyğun olanını seçir və istifadə edir. Lakin abunəçilərin hər gün yenilənən xidmətlər barədə ətraflı məlumat alması üçün diler və satıcıların da bu barədə xəbərdar olması önəmlidir.

Bu işi stimullaşdırmaq, xidmətlərin daha çox tanıdılması məqsədilə şirkət artıq bir neçə ildir ki, "Azercell xidmətlərini bil" adlı layihə keçirir. Artıq Azercell Telekom MMC-nin öz dilerləri arasında elan etdiyi növbəti müsabiqə də yekunlaşıb. Layihə çərçivəsində şirkətin həm Bakı, həm də rayon üzrə dilerləri arasında aktiv olan satıcılar müəyyənləşdirilib.

Şirkətin satış şöbəsi tərəfindən təşkil edilən müsabiqə zamanı hər bölgənin diler nümayəndələri arasından 3 aktiv satıcının namizədliyi irəli sürülüb. Sonradan xüsusi Monitorinq Qrupu onlar arasından ən layiqlilərini müəyyənləşdirib. Nəticədə 36 satıcı müsabiqənin qalibi seçilib.

AzercellTelekom MMC-nin prezidenti Ali Ağan qalib satıcılarla görüşüb, onlara diplom və hədiyyələr təqdim edib. Görüş zamanı cənab Ali Ağan bildirib ki, bu cür tədbirlər Azercell ailəsinin fəaliyyəti və xidmətlərinin daha yüksək səviyyəyə qaldırılmasına yardım edir: "Müsabiqə çərçivəsində biz Azercell xidmətlərinin mükəmməl bilən, müştərilərə yüksək səviyyədə xidmət göstərən, bir sözlə, Azercelli yüksək səviyyədə təmsil edən satıcılarımızın işini qiymətləndiririk". Ali Ağan artıq ənənə halını almış bu müsabiqənin növbəti illərdə də davam etdiriləcəyini deyib. Prezident həmçinin müsabiqənin dilerlər üçün də maraqlı keçdiyinə ümidvar olduğunu deyərək onlara uğurlar arzulayıb.

"Azercell xidmətlərini bil" layihəsinin məqsədi bir nömrəli mobil operatorun təqdim etdiyi xidmətlərin daha yaxşı tanıdılması, müştərilərin bu xidmətlər barədə daha çox məlumat ala bilməsinə yardım etməkdir.

Xəbər lenti

Xəbər lenti