...

Azərbaycanın TASIM layihəsinin reallaşdırılması ərəb dünyasına fayda gətirəcək

Telekommunikasiya Materials 5 Mart 2012 13:32 (UTC +04:00)
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin ərəb dünyasına fayda gətirəcəyini bildirərək Azərbaycanın tədbirdə iştirakını məqsədəuyğun sayıb.
Azərbaycanın TASIM layihəsinin reallaşdırılması ərəb dünyasına fayda gətirəcək

Azərbaycan, Bakı, 5 mart / Trend, müxbir H.Vəliyev/

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin ərəb dünyasına fayda gətirəcəyini bildirərək Azərbaycanın tədbirdə iştirakını məqsədəuyğun sayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Tədbir martın 5-də Dohada (Qətər) başlayıb və martın 7-dək davam edəcək. Nazirliyin nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik edir.
Abbasovun tədbirin panel sessiyalarında və yekun plenar iclasda TASİM layihəsi və kibertəhlükəsizlik məsələlərinə dair məruzə edəcəyi nəzərdə tutulub.

BTİ-nin baş katibi Həmədun Ture ilə keçirilməsi nəzərdə tutulan görüşdə isə Beynəlxalq Kibertəhlükəsizlik Konvensiyası üzrə Azərbaycanın təşəbbüskarlığı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti