...

Azərbaycan poçtu bank hesabının vahid strukturuna keçib

Telekommunikasiya Materials 1 May 2012 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC IBAN (International Bank Account Number) bank hesabının vahid nömrəsinə keçib. Bu barədə çərşənbə axşamı Trend-ə MMC-dən məlumat veriblər.

Azərbaycan Mərkəzi Bankı (AMB) banklarasrası hesablaşmalarda istənilən bankdaxili və müştəri hesablarının 2012-ci ilin sonunadək IBAN hesablarının yeni strukturuna tam keçidinin tarixini müəyyənləşdirib.

IBAN-ın tətbiqində əsas məqsəd bank müştərilərinin elektron ödənişlər sahəsində identifikasiya prosesinin təkmilləşdirilməsi, ödənişlərin emalı prosesində avtomatlaşdırmanın səviyyəsinin artırılması, hazırda tətbiq edilən bank hesablarının strukturlarında parçalanmanın aradan qaldırılmasıdır.

Poçt operatoru, həmçinin SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) sisteminin yeddinci versiyasına keçib. SWIFT istifadəçilərinə minimum risk və maksimum səmərə ilə elektron məlumatların mübadiləsini həyata keçirməyə imkan verən qlobal telekommunikasiya infrastrukturudur.

Xəbər lenti

Xəbər lenti