...

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 900 mini ötüb

Telekommunikasiya Materials 10 Oktyabr 2012 10:37 (UTC +04:00)
Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 902 820 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Facebakers"in oktyabrın 10-na olan vəziyyət üzrə hesabatında deyilir.
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 900 mini ötüb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 902 820 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Facebakers"in oktyabrın 10-na olan vəziyyət üzrə hesabatında deyilir.

İyunun 27-dən oktyabrın 10-dək sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin sayı 100 mindən çox artıb.

Azərbaycanın "Facebook" seqmenti daxil olma reytinqində 84-cü yerdədir ki, bu da iyun ayının sonu ilə müqayisədə 1 bənd aşağıdır.

Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 10,87 faizini təşkil edir.

Bu sosial şəbəkənin istifadəçilərinin faizi Azərbaycanda internet istifadəçilərinin ümumi sayının 24,47 faizini təşkil edir.

Ümumi istifadəçilərin sayı arasında kişilər 63 faiz, qadınlar isə 37 faiz təşkil edir.

Say baxımından ilk yeri 18-24 yaşlı (48 faiz), ikinci yeri 25-34 yaşlı (22 faiz), üçüncü yeri isə 16-17 yaşlı (12 faiz) istifadəçilər tutur.

13-15 yaşlı istifadəçilərin sayı isə 7 faiz təşkil edir. 6 faiz 35-44 yaşlı, 2 faiz 45-54 yaşlı istifadəçilərin payına düşür. 55-64 və 65 yaşlı istifadəçilərin hər birinin payına 1 faiz düşür.

"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayına görə Azərbaycan MDB-nin Gürcüstan (849620 istifadəçi), Qazaxıstan (617260), Estoniya (491660), Belarus (444820), Ermənistan (340680), Moldova (265260), Özbəkistan (151500), Qırğızıstan (97400), Tacikistan (40740) və Türkmənistan (8840) kimi ölkələrini qabaqlayır.

"Facebakers"in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, Braziliya, Hindistan, İndoneziya və Meksika daxildir.

"Facebook" istifadəçilərinin ümumi sayı bir milyard nəfərdən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti