...

“Toshiba” Azərbaycan bazarında surətçıxartma texnikasının aktiv irəliləyişinə başlayır

Telekommunikasiya Materials 31 Oktyabr 2012 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr / Trend, müxbir H.Vəliyev /

"Toshiba" şirkəti rəsmi distribüteri və avtorizə edilmiş xidmət mərkəzi statusunu almış Azərbaycanın "N-Link" şirkəti ilə rəsmi əməkdaşlığa başladığını elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda "Toshiba"nın surətçıxartma texnikasının təqdimatı zamanı bildirilib.

Təqdimatda məqsəd ictimaiyyəti "Toshiba" şirkətinin surətçıxartma texnikası (çoxfunksiyalı surətçıxartma qurğuları, barkod çap maşınları və POS-terminallar) bazarında təklifləri ilə tanış etməkdir.

"Toshiba" şirkətinin MDB regionu və Gürcüstanda satışın və biznes üçün həllər departamentinin rəhbəri Dmitri Solovyovun sözlərinə görə, Azərbaycan bazarında "Toshiba"nın surətçıxartma məhsullarının bütün model sırasını əldə etmək mümkün olacaq. Şirkətin Azərbaycan bazarında diqqət edəcəyi əsas məsələ məhsulun qiyməti və keyfiyyətinin nisbəti olacaq.

"Bu gün birmənalı olaraq demək olar ki, "Toshiba"nın məhsulları Azərbaycan bazarında həm keyfiyyətinə, həm də dəyərinə görə ən yaxşılardan biridir. Hər bir bazarın öz xüsusiyyətləri var və Azərbaycan bazarı bizim üçün maraqlıdır. Çünki o, İKT sektorunun dinamik inkişafını nümayiş etdirir. Bununla yanaşı, məhz keyfiyyətli texnikaya tələbatın olduğu aydındır. Ona görə də Azərbaycan bazarı bizim üçün kifayət qədər perspektivli və böyükdür", - Solovey bildirib.

"Toshiba" nümayəndəsinin sözlərinə görə, şirkət POS-terminallar bazarında da möhkəmlənmək fikrindədir.

Birinci yarımilin sonunda "Toshiba TEC Corporation" və "İBM" korporasiyası "Toshiba TEC" şirkəti tərəfindən bütün dünyada POS-terminal həllərin pərakəndə satışını həyata keçirən "IBM Retail Store Solutions" bölməsinin alınması haqqında yekun sazişin nəticəsini elan ediblər. Bu sazişin bağlanmasından sonra "Toshiba TEC" dünyada POS-terminallar üçün avadanlıqlar, proqram təminatını və birləşdirilmiş həlləri təklif edən pərakəndə ticarətın ən böyük təchizatçısına çevrilib.

"Toshiba" şirkəti Azərbaycanda POS-terminalların irəliləməsi zamanı kiçik mağazalarla yanaşı, həm də bu gün POS-terminalların böyük hesablaşma sisteminin elementi olduğu böyük ticarət şəbəkələrini də nəzərə alır. POS-terminaldan istifadə olunan mağazanın formatından asılı olmayaraq, malların satışı prosesi sürətlə gedir, alıcılara xidmətin keyfiyyəti isə yaxşılaşır.

"Toshiba"nın POS-terminal avadanlıqları Rusiya bazarında çox uğurla satılır. IBM bölməsinni alınmasından sonra "Toshiba" terminal avadanlıqlar nbazarında lider olub. Bu qurğular Belarus bazarında da uğurla irəliləyir. Növbəti addım onların Azərbaycan bazarında satışı olacaq", - Solovey bildirib.

Azərbaycan bazarında surətçıxartma qurğuları, barkod çap maşınları və POS-terminallarının satışı ilə "Toshiba" şirkətinin rəsmi distrübyutoru və avtorizə edilmiş xidmət mərkəzi statusunu almış Azərbaycanın "N-Link" şirkəti məşğul olacaq.

"Biz həm yerli tərəfdaşın təcrübəsinə, həm də texnikanın etibarlılığına əsaslanaraq Azərbaycan bazarında məhsullarımızın irəliləyişini kifayət qədər perspektivli qiymətləndiririk. Növbəti il üçün bizim əsas vəzifəmiz çap qurğuları bazarında ən azı 10 faiz pay əldə etməkdir", - Solovey bildirib.

Azərbaycan bazarında "Toshiba" məhsullarının bütün xətti əlçatan olacaq. "Toshiba"nın təklif edilən qurğularının böyük əksəriyyətinin ağ-qara olduğu nəzərə alınarsa, məhz bu xəttə daha çox təklif olacaq.

Hazırda Azərbaycanın ofis çap texnikası bazarında həmçinin peşəkar çap üçün tam rəngli həllə tələbat son dərəcə böyükdür. Bu xətdə və əlverişli qiymətlərlə keyfiyyətli qurğular da təqdim ediləcək.

Əgər əvvəllər tamrəngli peşəkar çap həlləri və onların məxaric materialları bahalı hesab edilirdisə, onda bu gün onlar daha da əlçatan olacaqlar.

"N-Link" şirkətinin baş direktoru Dmitri Tiqiyevin sözlərinə görə, Azərbaycanda surətçıxartma texnikası seqmentinin çox az sayda oyunçularının olduğunu nəzərə alaraq "Toshiba" şirkətinin ilkin mərhələdə bazarın on faizini, perspektivdə isə daha çox əldə etmək üçün real şansları var. Tigiyevin fikrincə, buna həm özü haqqında çox şey deyən markanın reputasiyası, həm də keyfiyyət, təklif edilən məhsulun etibarlılığı və müvafiq olaraq bir çapın maya dəyəri imkan yaradacaq.

"Toshiba" məhsulları çap sürəti və əlverişli qiymətlə fərqlənir. Kompüter texnikası üzrə distribüter statusuna malik olaraq biz həmçinin bazarda bu istehsalçının kompüter texnikasını müvəffəqiyyətlə irəli çəkirik. Güman edirəm ki, marketinq alətlərindən istifadə edərək biz Azərbaycan bazarında daha çox "Toshiba" həllərinin satışına nail ola biləcəyik", - Tigiyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti