Azərbaycan, Bakı, 17 dekabr/Trend/
Bakıda aparılan tikinti işləri ilə əlaqədar "KATV1" kabel televiziya operatoruna məxsus bəzi telekommunikasiya xətləri zədələnib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.
"Bizdən asılı olmayan səbəblərdən mikrorayonlarda yayım zamanı dayanmalar baş verə bilər. Baş vermiş nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır. Hadisə yerində "KATV1" kabel operatorunun bərpa briqadaları işləyir. Tezliklə abunəçilər keyfiyyətli yayımla təmin olunacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirik", - məlumatda deyilir.