Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir H.Vəliyev/
2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycana ümumi dəyəri 7 408,4 min dollar olan 153 662 ədəd mobil telefon idxal olunub. Bu barədə cümə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, 2011-ci ilin yanvar-noyabr ayları ilə (ötən il 119 782 ədəd mobil telefon idxal edilib) müqayisədə idxal olunan mobil telefonların sayı 28,2 faiz, pulla ifadədə isə bu göstərici 3 faizdən çox artıb.
Ölkəyə hər ay orta hesabla 12-13 min ədəd mobil telefon idxal edilib. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 600-650 min dollar təşkil edir.