...

Azercell "Facebook" istifadəçiləri üçün yeni "Novruz Sevinci" kampaniyasına start verir

Telekommunikasiya Materials 13 Mart 2013 17:46 (UTC +04:00)
Novruz bayramında “Azercell Telekom" MMC abunəçilərini və virtual fanlarını hədiyyəsiz qoymayacaq. Bu gündən etibarən şirkətin rəsmi "Facebook" səhifəsinin (www.facebook.com/azercell) üzvləri üçün yeni “Novruz Sevinci” adlı kampaniyaya start verilir.
Azercell "Facebook" istifadəçiləri üçün yeni "Novruz Sevinci" kampaniyasına start verir

Azərbaycan, Bakı, 13 mart /Trend/

Novruz bayramında "Azercell Telekom" MMC abunəçilərini və virtual fanlarını hədiyyəsiz qoymayacaq. Bu gündən etibarən şirkətin rəsmi "Facebook" səhifəsinin (www.facebook.com/azercell) üzvləri üçün yeni "Novruz Sevinci" adlı kampaniyaya start verilir.

6 günlük kampaniya müddətində hər bir "Facebook" istifadəçisi Azercell-in səhifəsindəki oyuna qatılmaqla müxtəlif məbləğli danışıq kartları əldə edə bilər. Bunun üçün "Novruz Sevinci" tətbiqetməsinə qoşulmaq lazımdır. "Facebook" istifadəçıləri oyun zamanı Novruz bayramının simvolları olan virtual hədiyyələri toplayır və buna uyğun xallar qazanır. Hər günün sonunda ən çox xal toplamış 3 şəxs müvafiq olaraq 50, 30 və 20 AZN-lik SimSim danışıq kartları əldə edir.

Qeyd edək ki, "Novruz Sevinci" tətbiqetməsi Barama İnnovasiya Mərkəzinin dəstəyi ilə fəaliyyətə başlamış "Codega" şirkəti tərəfindən hazırlanıb. Oyunun qaydaları çox sadə olduğundan hər bir FB istifadəçisi "Novruz sevinci"nə qatılıb hədiyyə qazana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti