...

May ayından "Azərsu" smart-kartlarını özünəxidmət terminallarında yükləmək mümkün olacaq

Telekommunikasiya Materials 29 Mart 2013 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir H.Vəliyev/

May ayının ortalarınadək "Azərsu" ASC-nin abonentləri smart-kartları "MilliÖN" özünəxidmət terminalları şəbəkəsində yükləyə biləcəklər. Bu barədə cümə günü Trend-ə "Komtec" şirkətindən bildiriblər.

Şirkətdən deyiblər ki, hazırda su operatorunun billinq sisteminə inteqrasiyası üzrə işlər başa çatdırılır.

Qeyd edilən dövrdə "MilliÖN" terminalları vasitəsilə kredit kartları ilə xidmətlərin ödənişi də mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti