...

Azərbaycan və Litva poçt operatorları STEFI pul köçürmələrini tədbiq etmək niyyətindədirlər

Telekommunikasiya Materials 26 Aprel 2013 10:21 (UTC +04:00)
Azərbaycan və Litva poçt operatorları STEFI (Secured Transfer of Electronic Financial İnformation) pul köçürmələrini tədbiq etmək niyyətindədir.
Azərbaycan və Litva poçt operatorları STEFI pul köçürmələrini tədbiq etmək niyyətindədirlər

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir H. Vəliyev/

Azərbaycan və Litva poçt operatorları STEFI (Secured Transfer of Electronic Financial İnformation) pul köçürmələrini tədbiq etmək niyyətindədir. Bu barədə cümə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məsələ ötən gün Bakıda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovla Latviyanın Rabitə və Nəqliyyat Nazirliyinin dövlət katibinin müavini Uldis Reymanis və Latviya Poçtunun idarə heyətinin sədri Maris Kleynberqslə görüş keçirilib.

STEFI sisteminin tətbiqi 30 dəqiqə ərzində təcili pul köçürmələrini həyata keçirməyə imkan verir. STEFİ sistemində pul köçürmələri zamanı tariflər, bu gün başqa sistemlər üzrə pul köçürmələri həyata keçirilməsi vaxtı olan tariflərə uyğundur.

Kleynberqsin sözlərinə görə, Latviya tərəfi Azərbaycanın bu sistem üzrə təcrübəsi ilə yaxından tanış olmaq niyyətindədir. Bu sistem Azərbaycanla Latviya arasında pul köçürmələrinin sürətləndirilməsinə müsbət təsir göstərəcək. Həmçinin Latviya operatoru "Azərpoçt"un maliyyə xidmətlərinin təşkili sahəsində təcrübəsini öyrənmək niyyətindədir.

"Latvijas pasts"in idarə heyətinin sədri poçt xidmətlərinin maya dəyərinin qeydiyyat sisteminin tətbiqi sahəsində əməkdaşlıq təklif edib.

İltimas Məmmədov, öz növbəsində Azərbaycanın poçt sahəsində logistika xidmətlərinin inkişaf etdirilməsində və Latviya ilə elektron ticarət layihələri çərçivəsində poçt pul tranzaksiyalarının artırılmasına nail olmaqda maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti