...

Azərbaycanda daha bir maliyyə təşkilatının kreditlərini məsafədən ödəmək mümkün olub

Telekommunikasiya Materials 8 May 2013 13:24 (UTC +04:00)
"Komtec" şirkəti "VF Azərikredit" Bank Olmayan Kredit Təşkilatının kredit ödənişlərini "MilliÖN" Ödəmə Nöqtələrinin köməyi ilə həyata keçirmək xidmətini işə salıb. Bu barədə Trend-ə çərşənbə günü "Komtec" şirkətindən məlumat verilib.
Azərbaycanda daha bir maliyyə təşkilatının kreditlərini məsafədən ödəmək mümkün olub

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir H. Vəliyev/

"Komtec" şirkəti "VF Azərikredit" Bank Olmayan Kredit Təşkilatının kredit ödənişlərini "MilliÖN" Ödəmə Nöqtələrinin köməyi ilə həyata keçirmək xidmətini işə salıb. Bu barədə Trend-ə çərşənbə günü "Komtec" şirkətindən məlumat verilib.

Şirkətdən verilən məlumata görə, "VF Azərikredit"in müştəriləri öz kredit ödənişlərini ölkəmizin müxtəlif yerlərində yerləşdirilmiş 800-dən artıq "MilliÖN" Ödəmə Nöqtələrinin köməyi ilə həyata keçirəcəklər.

Ödəmə nöqtələri vasitəsilə kredit ödənişini həyata keçirmək üçün terminalın ekranından "Bank xidmətləri" bölməsini seçmək, "VF Azərikredit" pəncərəsini vurmaq, hesab nömrəsini qeyd etmək, ödənilən məbləğ terminala daxil etmək və qəbzi əldə etmək lazımdır. Kreditin ödənilməsi üzrə xidmətlər üçün komissiya tutulmur. Ödənişlər onlayn rejimdə həyata keçirilir.

Hazırda "MilliÖn"terminalları vasitəsilə, həmçinin "DəmirBank", "TuranBank", və "AGBank"ın kreditlərini ödəmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti