...

"Microsoft" şirkəti "BakuTel-2013" sərgisində yeni məhsullarını təqdim edib

Telekommunikasiya Materials 5 Dekabr 2013 17:41 (UTC +04:00)
"Microsoft Azerbaijan" şirkəti dekabrın 2-dən 5-dək Bakıda keçirilən ənənəvi 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“BakuTel-2013”) iştirak edib.
"Microsoft" şirkəti "BakuTel-2013" sərgisində yeni məhsullarını təqdim edib

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

"Microsoft Azerbaijan" şirkəti dekabrın 2-dən 5-dək Bakıda keçirilən ənənəvi 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında ("BakuTel-2013") iştirak edib.

Şirkətin bu tədbirdə iştirakının əsas məqsədi yeni məhsulların geniş kütləyə nümayiş etdirməkdən ibarət idi. Belə ki, sərgi çərçivəsində "Microsoft Azerbaijan"ın stendini ziyarət edənlər "Windows 8.1" yeni əməliyyat sistemi, bulud texnologiyaları əsasında hazırlanmış "Office 365" xidməti, "Windows 8" əmaliyyat sistemi üzərində işləyən planşet və noutbukların demo-şousu və "Windows Phone" əməliyyat sistemi üzərində işləyən qurğularla tanış ola bilib.

"Microsoft Azerbaijan" şirkətinin 15 promouteri "Windows 8.1"in üstünlükləri, təklif olunan sazlanma və sözügedən əməliyyat sisteminin funksional təkmilləşdirilməsi barədə ətraflı məlumat verib, eyni zamanda, "Office 365" xidmətinin imkanlarını nümayiş etdirərək bildiriblər ki, bu xidmət "Microsoft"un poçt, əlaqə və digər tanınmış məhsulların bulud versiyalarını ("Exchange Online", "SharePoint Online" və "Lync Online") "Office Professional Plus" ofis əlavələri paketini özündə birləşdirir.

Qeyd edək ki, "BakuTel-2013" sərgisində "Microsoft Azerbaijan" şirkəti "Ən yaxşı korporativ stil" nominasiyasında qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti