...

Mobil rabitə operatoru Azərbaycanda kabel televiziyasını işə salmağa hazırlaşır

Telekommunikasiya Materials 8 Aprel 2014 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" NarHome məhsulunu təqdim etməyə hazırlaşır. Bu məhsul "Evə optika" prinsipi üzrə genişzolaqlı xidmətlərin göstərilməsini nəzərdə tutur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə şirkətin baş direktoru Kent Maknili bildirib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində şirkət "B&BTV Communications" şirkəti ilə birlikdə kabel televiziyası (NarTV ticarət maraksı altında) xidmətləri də göstərəcək: "Hazırda TV-nin açılması üzrə detallar müzakirə mərhələsindədir. İlkin mərhələdə NarHome layihəsi Bakıda start götürəcək, sonra mərhələli şəkildə Azərbaycanın bütün rayonları üzrə genişləndiriləcək".

Azərbaycanda "Evə optika" genişzolaqlı internetin inkişafı layihəsinin reallaşdırılmasına 2014-cü ilin yanvarında başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti