...

Azərbaycan və İran poçt maliyyə xidmətləri sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər

Telekommunikasiya Materials 20 İyun 2014 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan və İranın poçt rabitə operatorları ilin sonunadək poçt maliyyə xidmətləri və ölkələr arasında təcili pul köçürmələri sisteminin təşkili sahəsində əməkdaşlıq haqqında saziş bağlamağı planlaşdırırlar.

"Azərpoçt" MMC-dən cümə günü Trend-ə verilən məlumata əsasən, poçt rabitəsi sahəsində iki ölkənin əməkdaşlığı məsələləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iyunun 17-18-də Tehrana səfəri çərçivəsində müzakirə olunub.

İran poçtu Azərbaycanın poçt operatorunun əhaliyə maliyyə xidmətləri göstərilməsi sahəsində təcrübəsi ilə tanış olub.

Qeyd edək ki, poçt rabitəsi sahəsində İranla əməkdaşlıq iki ölkə arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir.

Memorandumda mütəmadi ikitərəfli görüşərin keçirilməsi nəzərdə tutulub, habelə Azərbaycandan İran ərazisi ilə İraqa və Fars körfəzi ölkələrinə poçt göndərişləri imkanları haqqında razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti