...

Azərbaycanda dördüncü mobil rabitə operatoruna lisenziya verildi (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 3 Sentyabr 2014 15:48 (UTC +04:00)
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Naxçıvan Muxtar Respublikasının CDMA simsiz rabitə standartı operatoru "Naxtel" şirkətinə LTE (Long Term Evolution) şəbəkəsinin açılması üçün tezliklərdən istifadəyə lisenziya verib.
Azərbaycanda dördüncü mobil rabitə operatoruna lisenziya verildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Naxçıvan Muxtar Respublikasının (NMR) CDMA simsiz rabitə standartı operatoru "Naxtel" şirkətinə LTE (Long Term Evolution) şəbəkəsinin açılması üçün tezliklərdən istifadəyə lisenziya verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, operator RYTN-ə Azərbaycan ərazisində öz fəaliyyətini genişləndirməklə bağlı icazə alınması üçün müraciət edib.

Ə.Abbasov qeyd edib: "Biz ilkin mərhələdə operatorun fəaliyyətini daxili rouminq əsasında təmin etmək niyyətindəyik. Daha sonra mobil rabitə xidmətinin bütün Azərbaycan ərazisində açılması məsələsinə baxılacaq".

Hazırda operator 800-900 MHz diapazonundan istifadə etməklə CDMA standartında simsiz rabitə xidmətləri göstərir.

"Naxtel"in öz baza stansiyalarının tikintisi üzrə planlarını bu yaxınlarda şərh edən NMR RYTN-in mətbuat xidmətinin rəhbəri F.Hacıyev bildirmişdi ki, birinci mərhələdə "Bakcell", "Azercell" və "Azerfon" mobil operatorlarının baza stansiyaları üzərindən rabitə və internet xidmətlərinin göstərilməsi nəzərdə tutulur: "Bu məsələ Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yardımı ilə razılaşdırılacaq. Şirkət mərhələli olaraq baza stansiyalarının tikintisini və genişləndirilməsini planlaşdırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti