...

Azərbaycanın poçt operatorunun ödəniş kartlarının dövriyyəsi 22 milyon dolları ötüb

Telekommunikasiya Materials 7 Noyabr 2014 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Bu ilin yanvar-sentyabr aylarında "Azərpoçt" MMC-nin ödəniş kartları üzrə dövriyyəsi 17,5 milyon manatı ötüb. Bunu cümə günü Trend-ə MMC-dən deyiblər.

"Azərpoçt" MMC-nin buraxdığı "MasterCard" ödəniş kartlarının sayı üçüncü rübün yekunları üzrə 6,6 min ədədi ötub.

"Azərpoçt" MMC-nin buraxdığı ödəniş kartlarının ümumi sayı 22 min ədədi ötür, onlardan 10,6 mini aktivdir.

Kartlara "MilliKart" prosessinq mərkəzi tərəfindən xidmət göstərilir.

Hazırda "Azərpoçt"un ödəniş kartları poçt operatorunun sistemində əməkhaqqıların verilməsi üçün istifadə olunur.

Hazırda quraşdırılmış "Azərpoçt" bankomatları 15, POS-terminalların sayı isə 105-dən çoxdur. Poçt operatoru gələcəkdə POS-terminalların sayını xeyli artırmağı planlaşdırır.

"Azərpoçt"un filial və poçt şöbələrinin sayı 1600-ü ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti