...

Terminallarda yeni ödəniş qaydası tətbiq edilir

Telekommunikasiya Materials 15 May 2015 20:30 (UTC +04:00)
Azərbaycanda MilliÖN ödəniş terminallarında xidmət haqlarını bank kartları vasitəsilə ödəmək mümkün olacaq.
Terminallarda yeni ödəniş qaydası tətbiq edilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda MilliÖN ödəniş terminallarında xidmət haqlarını bank kartları vasitəsilə ödəmək mümkün olacaq. Bunu Trend-ə "Komtec" şirkətindən deyiblər.

Hazırda yeni ödəniş xidmətinin göstərilməsi üzrə sınaq işləri aparılır. Plastik kartlardan istifadə etməklə ödəniş aparmaq ölkədə nağdsız hesablaşmaların stimullaşdırılması məqsədi daşıyır. Sistem ödəniş üçün kartdakı pulları abonentin balansına avtomatik köçürməyə imkan verəcək.

Təhıükəsizliyə "MilliKart" prosessinq mərkəzi tərəfindən təminat verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti