...

Azərbaycana gətirilən mobil telefonların qeydiyyat müddəti azaldılıb

Telekommunikasiya Materials 28 İyul 2015 22:00 (UTC +04:00)
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəyə gətirilən mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 60 gündən 30 günə kimi azaldıb.
Azərbaycana gətirilən mobil telefonların qeydiyyat müddəti azaldılıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəyə gətirilən mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 60 gündən 30 günə kimi azaldıb. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Məlumatda deyilir ki, əvvəl qeydiyyat müddətinin uzadılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etmək olub.

Hazırda respublika ərazisinə gətirilən mobil qurğuları 30 gün ərzində qeydiyyatdan keçirmək lazımdır. Bu qayda Azərbaycana gələn, mobil telefonların rouminq xidmətindən istifadə edən turist və qonaqlara tətbiq edilmir.

Qeyd edək ki, şəxsi istifadə üçün gətirilən mobil qurğunun IMEI-kodunun qeydiyyatının qiyməti 5 manat, kommersiya satışı üçün isə 0,2 manatdır.

Bundan başqa, mobil qurğunu "Elektron hökumət" (e-gov.az) portalı və imei.az saytının köməyi ilə qeydiyyatdan keçirmək mümkündür. Qeydiyyat 24 saat ərzində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti