...

“Azərpoçt” valyuta bazarındakı spekulyasiya ilə mübarizə aparacaq

Telekommunikasiya Materials 28 Avqust 2015 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC Qazax rayonunun "Sınıq körpü" sərhəd keçid məntəqəsində valyutadəyişmə əməliyyatları zamanı baş verən spekulyasiya faktlarını aradan qaldıracaq. Trend xəbər verir ki, bu barədə müəssisənin yaydığı məlumatda deyilir.

Bu, poçt operatoru tərəfindən Gürcüstanla sərhəddə yeni poçt şöbəsinin yaradılmasından sonra mümkün olacaq. Hazırda poçt xidmətlərinin göstərilməsi üçün ərazidə müvəqqəti olaraq "Azərpoçt"-un mobil xidmətləri fəaliyyət göstərir.

Poçt şöbəsi açıldıqdan sonra əhaliyə və Azərbaycana gələn qonaqlara poçt rabitəsinin bütün ənənəvi xidmətləri ilə yanaşı, maliyyə xidmətlərinin də göstərilməsi mümkün olacaq. Yeni poçt şöbəsinin yaradılması ilk növbədə valyutadəyişmə əməliyyatı zamanı spekulyasiya faktının aradan qaldırılmasına imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti