...

"E-hökumət" portalı üzərindən ən çox müraciət olunan qurumlar

Telekommunikasiya Materials 11 Yanvar 2016 19:25 (UTC +04:00)
Ötən ilin dekabr ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə 710 981 dəfə elektron xidmətlərdən istifadə qeydə alınıb.
"E-hökumət" portalı üzərindən ən çox müraciət olunan qurumlar

Bakı. Trend:

Ötən ilin dekabr ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə 710 981 dəfə elektron xidmətlərdən istifadə qeydə alınıb.

Trend MəIumat Hesablama Mərkəzinə istinadən məlumat verir ki, müxtəlif istiqamətləri əhatə edən 36 xidmətini portala inteqrasiya edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dekabr ayında xidmətlərin istifadə sayına görə liderdir. Dekabr ayında nazirliyin xidmətlərindən istifadə sayı 276 588-ə çatıb.

Portal üzərindən 13 sosial xidmətini vətəndaşlara təqdim edən Dövlət Sosial Müdafiə Fondu isə liderlər siyahısında 2-ci yerdədir. Belə ki, ay ərzində qurumun təqdim etdiyi xidmətlərdən 238 393 dəfə istifadə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən dekabr ayında 168 584 dəfə istifadə edilib. Belə ki, nazirlik tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidməti hər zaman aktual olan sosial yönümlü xidmət olaraq istifadə sayına görə daim liderlik edir.

Portalın operatorunun təşəbbüsü ilə qurumlararası informasiya mübadiləsi nəticəsində mümkün olan elektron arayışlardan dekabr ayı ərzində vətəndaşlar 19 107 dəfə istifadə edib.

İyun-iyul aylarında daha aktual olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri bütün qurumları qabaqlayaraq liderlik etdiyi halda, dekabr ayında bu qurumun xidmətlərindən nisbətən az - ay ərzində 7020 dəfə istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti