Bakı. Hüseyn Vəliyev - Trend:
May ayının sonuna qədər Bakıda ictimai nəqliyyatda xüsusi stikerlər vasitəsilə təmassız ödəniş həyata keçirilməsinin yeni metodu işə salınacaq.
Bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat veriblər.
Mənbənin sözlərinə görə, stikerləri Azərpoct məntəqələrindən, banklardan və Bakı Metropolitenindən əldə etmək mümkün olacaq.
Stikerin balansını mobil telefondan istifadə etməklə elektron pul kisəsi vasitəsilə doldurmaq olacaq. Elektron pul kisəsinin hesabını isə "Azərpoçt"da, eləcə də "MilliÖN", "eManat", "ExpressPay" və "Easypay" ödəniş terminalları vasitəsilə doldurmaq mümkün olacaq.