...

Ödəmə terminallarında stasionar telefon ödənişləri bərpa edilə bilər

Telekommunikasiya Materials 28 May 2016 11:43 (UTC +04:00)
Aztelekom və "Bakı telefon şəbəkəsi" İstehsalat Birliyinin stasionar rabitə və internet xidmətlərinin ödənilməsi eManat ödəmə terminallarında mümkün olacaq.
Ödəmə terminallarında stasionar telefon ödənişləri bərpa edilə bilər

Bakı. Hüseyn Vəliyev - Trend:

Aztelekom və "Bakı telefon şəbəkəsi" İstehsalat Birliyinin stasionar rabitə və internet xidmətlərinin ödənilməsi eManat ödəmə terminallarında mümkün olacaq. Bu barədə Trend-ə "Modenis" şirkətindən bildiriblər.

Manat ödəmə terminallarında dövlət operatorlarının xidmətləri üzrə ödəmə 2015-ci ilin əvvəlində dayandırılıb.

Şirkətdən bildiriblər ki, dövlət operatorlarının xidmətləri üzrə abonent ödəmələri üzrə danışıqlara yaxın zamanlarda başlanılacaq və həmin xidmətin yenidən eManat ödəmə terminallarında mümkün olacağı istisna deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti